Bakıda bir neçə avtomobilin toqquşması ilə nəticələnən yol qəzası baş verib - FOTO - VİDEO

Bakıda bir neçə avtomobilin toqquşması ilə nəticələnən yol qəzası baş verib - <span style="color: red;">FOTO  - <span style="color: red;">VİDEO
# 19 fevral 2014 23:18 (UTC +04:00)

APA-nın xəbərinə görə, Yeni Yasamal-1 küçəsi ilə hərəkət edən "Jeep Grand Cherokee" markalı avtomaşının sürücüsü maşını əvvəlcə küçədəki marketə çırpıb.

Daha sonra yol kənarında dayanan "Lada Priora"nı əzən "Jeep" in sürücüsü hadisə yerindən qaçmaq istəyib. Lakin, ona işıq dirəyi mane olub. İşıq dirəyini əzən sürücü avtomobilin sağ qabaq təkərinin yerindən qopmasının fərqinə varmadan magistral yola çıxıb. Bu zaman idarəetməni itirən sürücü Yeni Yasamal küçəsində dayanan "Qazel" markalı yük maşınına çırpıldıqdan sonra dura bilib.

Hadisə yerinə Dövlət Yol Polisinin Yasamal Rayon Şöbəsinin əməkdaşları gəlib. Polis əməkdaşları sürücünün içkili olduğundan şübhələndiklərindən onu içki testi məntəqəsinə aparıblar. Yararsız vəziyyətə düşən maşın isə evakuator vasitəsi ilə cərimə meydançasına aparılıb.

Faktla bağlı Dövlət Yol Polisinin Yasamal Rayon Şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR