İranda 3 nəfər edam edilib

İranda 3 nəfər edam edilib
# 12 iyun 2014 11:41 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. İranın Əlborz vilayətində 3 nəfər edam edilib.

APA-nın verdiyi məlumata görə, qətldə günahlandırılan məhbuslarından yalnız ikisinin adını dəqiqləşdirmək mümkün olub.

Bunlar Rəsul Əzizi və Mehdi Aşuridir.

Qərar İran Ali Məhkəməsi tərəfindən təsdiqləndikdən sonra iyunun 10-da səhər saatlarında Kərəc şəhərində icra edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR