Azərbaycanın “Baku Fires” boks komandası Polşanın "Hussars Poland" komandasını məğlub edib - FOTOSESSİYA - VİDEO

Azərbaycanın “Baku Fires” boks komandası Polşanın "Hussars Poland" komandasını məğlub edib  - <span style="color: red;">FOTOSESSİYA  - <span style="color: red;">VİDEO
# 08 fevral 2014 23:57 (UTC +04:00)

APA-nın şimal bürosunun verdiyi məlumata görə, Quba Olimpiya Kompleksində keçirilən qarşılaşmada komandamız Polşanın "Hussars Poland" kollektivini 5-0 hesabı ilə məğlub edib.

Qarşılaşmanın ilk döyüşündə komandamızın üzvü Murad Rabadanov (52 kq) "Hussars Poland"ın boksçusu Marius Koça qalib gəlib. 60 kq çəkidə təmsilçimiz Məhəmmədrəşid Cəbrayılov Mateuş Polski ilə gərgin keçən döyüşdə rəqibini üstələməyi bacarıb. Üçüncü döyüş Kamil Əhmədov (69 kq) və İreneuş Zakrjevski arasına keçirilib. Bu döyüşdə də "Baku Fires" təmsilçisi rinqdən qalib ayrılıb.

81 kq çəkidə yarışan boksçumuz Avropa çempionu Teymur Məmmədovun rəqibi isə Pyotr Podluçki olub. Boksçumuz rəqibinə heç bir şans verməyərək qalib gəlib. Super ağır çəki dərəcəsində (91+) yarışan idmançımız Arslanbek Mahmudov isə polşalı Arkadiuş Toboreki nokautla məğlub edərək komandamızın 5-0 hesablı qələbəsini rəsmiləşdirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR