Gəncədə iki nəfərdə narkotik aşkarlanıb

Gəncədə iki nəfərdə narkotik aşkarlanıb
# 25 mart 2014 08:52 (UTC +04:00)

Gəncə. Azər Məmmədli – APA. Gəncə şəhərində qanunsuz narkotik vasitə saxlayan iki nəfər şəhər sakini polis əməkdaşları tərəfindən saxlanılıb.

Gəncə şəhər Baş Polis İdarəsindən APA-nın Qərb bürosuna verilən məlumata görə, şəhərin Kəpəz rayon Polis İdarəsinin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində narkotik vasitə əldə etmə və saxlanmada şübhəli bilinən şəhər sakini, 1976-cı il təvəllüdlü Azər Əlizadə saxlanılıb. Onun üzərinə keçirilən baxış zamanı cibindən 28,23 qr qurudulmuş marixuana aşkarlanıb.

Həmçinin, polis əməkdaşları şübhəli şəxs qismində Gəncə sakini, əvvəllər məhkum olunmuş 1987-ci il təvəllüdlü Elvin İsgəndərovu da saxlayıblar. Onun üzərinə keçirilən baxış zamanı 1 qr tiryək aşkarlanıb.

Hər iki faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR