BMT-də Beynəlxalq Novruz Günü münasibətilə ənənəvi tədbir keçirilib

BMT-də Beynəlxalq Novruz Günü münasibətilə ənənəvi tədbir keçirilib
# 24 mart 2014 23:03 (UTC +04:00)

Azərbaycanın BMT yanında daimi nümayəndəliyindən APA-ya verilən məlumata görə, tədbirdə çıxış edən Azərbaycan Respublikasının BMT yanında daimi nümayəndəsi, səfir Aqşin Mehdiyev Novruzun ölkəmiz və xalqımız üçün tarixi və mədəni əhəmiyyətindən danışaraq qeyd edib ki, Novruzun əsas cəhəti onun siyasi, dini, milli və etnik mənsubiyyətindən asılı olmayaraq, insanlar arasında bağlayıcı rol oynamasıdır. O vurğulayıb ki, sülh, humanizm, hörmət və tolerantlıq ideyalarını özündə birləşdirdiyinə görə, Novruz universal mədəni dəyərlər sistemində öz layiqli yerini tutub. O, dünyada sülh və birgə yaşayışın təmin edilməsi məqsədilə Novruzun aşıladığı bu dəyərləri qorumağa və onları gələcək nəsillərə ötürməyə çağırıb.

Tədbir zamanı iştirakçılara Novruz bayramını qeyd edən ölkələrin milli mətbəxinə aid şirniyyatlar paylanıb və Novruzla bağlı milli adət-ənənələri nümayiş etdirən video süjetlər nümayiş etdirilib.

Qeyd edək ki, Azərbaycanın təşəbbüsü ilə 2010-cu ildə BMT Baş Assambleyasının yekdilliklə qəbul etdiyi qətnamə əsasında təsis edilən Beynəlxalq Novruz Günü həmin vaxtdan etibarən hər il BMT-də qeyd edilir və keçirilən birgə tədbirlər BMT-nin üzv dövlətlərində böyük maraq doğurur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR