Xələf Xələfov Səudiyyə Ərəbistanı-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri ilə görüşüb

Xələf Xələfov Səudiyyə Ərəbistanı-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri ilə görüşüb
# 06 iyun 2014 12:26 (UTC +04:00)

Bakı – APA. Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov Səudiyyə Ərəbistanı Krallığı ilə Azərbaycan Respublikasının parlamentlərarası dostluq qrupunun sədri Abdulla bin Məhəmməd əl-Nasirin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. XİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, nümayəndə heyətini salamlayan X. Xələfov ölkələr arasındakı əlaqələrin dərin tarixi köklərə əsaslandığını və hazırkı münasibətlərin dinamik inkişafından məmnunluq hissi duyduğunu dilə gətirib.

Dağlıq Qarabağ münaqişəsi və onun ağır nəticələri, Azərbaycan torpaqlarının işğalı, qaçqın və köçkünlərin problemləri, münaqişənin həlli prosesində Ermənistanın pozucu mövqeyindən danışan Xələf Xələfov, Səudiyyə Ərəbistanının hər zaman Azərbaycanın ədalətli mövqeyini dəstəkləməsinin Bakı tərəfindən yüksək qiymətləndirildiyini qonağın nəzərinə çatdırıb.

Ölkənin Azərbaycan Respublikasının müstəqilliyini tanıyan və ona Ermənistan tərəfindən edilmiş təcavüzləri qınayan ilk ölkələrdən biri olduğunu söyləyən qonaq isə Azərbaycanın bu münaqişədə haqlı mövqeyini daima dəstəklədiklərini və dəstəkləməyə davam edəcəklərini vurğulayıb.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında müzakirələr aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR