Neft yenidən ucuzlaşıb

Neft yenidən ucuzlaşıb
# 30 oktyabr 2013 06:24 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Oktyabrın 29-da Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair dekabr müqaviləsinin dəyəri 0,48 dollar və ya 0,5% azalaraq 1 barelə görə 98,20 dollar təşkil edib.

«APA-Economics»in məlumatına görə, oktyabrın 29-da ICE London qitələrarası birjasında dekabrda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri 0,60 dollar və ya 0,5% azalaraq 109,01 dollar olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR