Bakı polisi narkotik vasitələrin satışı ilə məşğul olan şəxsi saxlayıb

Bakı polisi narkotik vasitələrin satışı ilə məşğul olan şəxsi saxlayıb
# 15 mart 2014 08:55 (UTC +04:00)

Bakı. Hafiz Heydərov - APA. Bakı polisi narkotik vasitələrin satışı ilə məşğul olan şəxsi saxlayıb.

Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, Yasamal Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsi və Post Patrul Xidməti Bölməsinin keçirdiyi əməliyyat tədbirləri nəticəsində, Bakı şəhər sakini Elşən Aslanovdan 2 kiloqrama yaxın narkotik vasitə olan tiryək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR