Azərbaycanla Rusiyanın Mərkəzləşdirilmiş Kredit Reyestrləri əməkdaşlıq edəcək

Azərbaycanla Rusiyanın Mərkəzləşdirilmiş Kredit Reyestrləri əməkdaşlıq edəcək
# 24 iyun 2014 12:54 (UTC +04:00)

Qəbələ. Aqşin Rafiqoğlu – APA-Economics. Azərbaycanla Rusiya bankları təcrübə mübadiləsi aparacaq.

APA-Economics”in məlumatına görə, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Rəşad Orucov Qəbələdə keçirilən V Azərbaycan-Rusiya Regionlararası Forumunda çıxışı zamanı deyib.

“Azərbaycan bankları Rusiya bank sisteminin təcrübəsinə yiyələnmək niyyətindədir. Həmçinin Azərbaycan bankları bank və maliyyə sahəsindəki təcrübəsi ilə Rusiya bankları ilə də bölüşəcək”, - deyə o bildirib.

R. Orucov bildirib ki, bu forum çərçivəsində iki ölkənin kredit reyestrləri arasında əməkdaşlıq etmək niyyəti bildirilib. Gələcəkdə bu sahədə də iki ölkənin bankları arasında kredit reyestrinin qarşılıqlı mübadiləsi aparılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR