Baş Prokurorluğun kollegiya iclasında “İsmayıllı” hadisələri və “NİDA”çıların cinayət işlərindən danışılıb

Baş Prokurorluğun kollegiya iclasında “İsmayıllı” hadisələri və “NİDA”çıların cinayət işlərindən danışılıb
# 07 fevral 2014 14:46 (UTC +04:00)

APA-nın məlumatına görə, kollegiya iclasında hesabat məruzəsi ilə çıxış edən baş prokurorun birinci müavini Rüstəm Usubov qeyd edib ki, hesabat dövründə Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsi tərəfindən cəmiyyətdə böyük rezonansa səbəb olan bir neçə ağır və xüsusilə ağır cinayətlərə dair işlərin istintaqı aparılıb.

23-24 yanvar 2013-cü il tarixlərdə İsmayıllı şəhərində baş vermiş kütləvi iğtişaş, özgə əmlakının qəsdən məhv edilib zədələnməsi, hakimiyyət nümayəndəsinə zor tətbiq edilməsi və s. faktlarla, həmçinin 7 mart 2013-cü il tarixdə “NİDA” adlı qurumun bir qrup üzvlərinin yaşadıqları ünvanlarda Bakı şəhərində kütləvi iğtişaşlar törətmək məqsədilə kütləvi aksiyada insanların həlak olmasına yönələn partlayışların törədilməsində istifadə üçün əldə olunmuş “Molotov kokteyli” adlanan partlayıcı qurğuların aşkar edilməsi faktları ilə bağlı başlanmış cinayət işləri üzrə ümumilikdə 28 nəfər təqsirləndirilən şəxs barəsində cinayət işlərinin ibtidai istintaqı tamamlanmaqla baxılması üçün aidiyyəti üzrə Ağır Cinayətlər Məhkəmələrinə göndərilib və hazırda həmin cinayət işləri məhkəmə baxışında olmaqla yekunlaşmaq üzrədir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR