Azərbaycanda təhqiqat orqanının adı dəyişdirilir

Azərbaycanda təhqiqat orqanının adı dəyişdirilir
# 08 aprel 2014 11:24 (UTC +04:00)

Milli Məclisdən APA-ya verilən məlumata görə, Azərbaycan Prezidenti tərəfindən parlamentə göndərilən layihədə bununla bağlı Cinayət-Prosessual Məcəllənin 86-cı maddəsinə dəyişikliklər edilib.

Layihəyə əsasən, məcəllədə “Təhqiqat orqanı” adı dəyişdirilərək “İxtisaslaşmış təhqiqat qurumu” adlanacaq. Bundan başqa, təhqiqatçının öz vəzifəsinin icrası zamanı prokuror qarşısındakı öhdəlikləri sırasından “prokurorun əməliyyat-axtarış orqanlarının fəaliyyətində qanunların icra və tətbiqini yoxlamaq imkanını təmin etməsi” vəzifəsi çıxarılaraq ləğv edilir.

Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR