DİN polisə basqın edən silahlı qruplaşmanın üzvü Edik Rüstəmovun məhv edildiyi barədə rəsmi məlumat yayıb - VİDEO

DİN polisə basqın edən silahlı qruplaşmanın üzvü Edik Rüstəmovun məhv edildiyi barədə rəsmi məlumat yayıb - <span style="color: red;">VİDEO
# 24 oktyabr 2013 12:14 (UTC +04:00)

Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumatda deyilir ki, oktyabrın 16-da Qusar şəhərində valyutadəyişmə məntəqəsinin işçisinə qarşı törədilmiş soyğunçuluqla bağlı əməliyyat-axtarış tədbirləri həyata keçirilərkən 2 naməlum şəxs tərəfindən odlu silahdan açılan atəş nəticəsində polis mayoru Qalib Quliyev həlak olub, digər 3 əməkdaş isə müxtəlif dərəcəli xəsarətlər alıb.

Silahlı cinayətkarların zərərsizləşdirilməsi istiqamətində həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı həmin soyğunçuluq hadisəsinin törədilməsində şübhəli bilinən və hüquq-mühafizə orqanlarının əməkdaşlarına qarşı oktyabrın 19-da silahlı müqavimət göstərən qrupun daha bir üzvünün - Qusar şəhər sakini Edik Rüstəmovun gizləndiyi yer müəyyən edilib.

Oktyabrın 23-də bu şəxsin zərərsizləşdirilməsi istiqamətində xüsusi əməliyyat tədbiri keçirilib, nəticədə silahlı müqavimət göstərən Edik Rüstəmov Daxili İşlər Nazirliyinin xüsusi təyinatlı qrupu tərəfindən məhv edilib.

Göstərilən faktlar üzrə zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Oktyabrım 19-da keçirilən əməliyyat zamanı isə silahlı dəstənin digər üzvləri Faiq Şahmuradov və Ramiz Rəhimxanov Daxili İşlər Nazirliyinin xüsusi təyinatlı qrupu tərəfindən məhv ediliblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR