Gəncədə bıçaqlanma hadisəsi olub

Gəncədə bıçaqlanma hadisəsi olub
# 11 aprel 2014 07:17 (UTC +04:00)

Gəncə. Azər Məmmədli - APA. Gəncə şəhərində 16 yaşlı oğlan dostunu bıçaqlayıb. Gəncə şəhər Baş Polis İdarəsindən APA-nın qərb bürosuna verilən məlumata görə, hadisə şəhərin Tağı Aranı küçəsində baş verib. Ali məktəbə hazırlaşmaq üçün repetitor yanına gedən 16 yaşlı Elvin Əliyevlə 18 yaşlı Ceyhun Məmmədov arasında mübahisə yaranıb və dava bıçaqlanma ilə nəticələnib. Elvin Əliyev üstündə gəzdirdiyi bıçaqla Ceyhun Məmmədovun bədəninə müxtəlif xəsarətləri yetirib. Döz və qarın nahiyəsinin kəsilmiş-deşilmiş yarası ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilən C. Əliyevin vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR