«Azərsu»: Paytaxtın Xətai rayonunun əksər hissəsinə su fasiləsiz verilir - FOTO

«Azərsu»: Paytaxtın Xətai rayonunun əksər hissəsinə su fasiləsiz verilir - <span style="color: red;">FOTO
# 26 noyabr 2013 14:00 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. «Azərsu» ASC Bakının Xətai rayonunun fasiləsiz rejimdə içməli su ilə təmin edilməsi üçün işlərə başlayıb. Cəmiyyətdən «APA-Economics»ə verilən məlumata görə, anbarlardan ötürülən suyun həcminin artırılması hesabına rayonun əksər hissəsinə artıq 24 saat su verilir.

Eyni zamanda paylayıcı şəbəkədə, çoxmərtəbəli yaşayış binalarında, xüsusən də yuxarı mərtəbələrdə suyun təzyiqi daim nəzarətdə saxlanılır. Sınaq yoxlamaları başa çatdıqdan və su verilişində stabil rejim tam təmin olunduqdan sonra Xətai rayonundakı istehlakçıların 90%-dən çoxu 24 saat içməli su alacaq. Qeyd edək ki, son 10 gündə görülmüş işlərin nəticəsi olaraq rayon sakinlərinin 80%-dən çoxu fasiləsiz su ilə təchiz olunur. İşlər yekunlaşdıqdan sonra Xətai rayonunun 245 min sakininin 225 min nəfərinə və ya təqribən 92%-nə fasiləsiz su veriləcək.

İndiyə qədər Xətai rayonunda 46 binada bu işlər tam başa çatdırılıb, 4 720 mənzilə smart-kart tipli su sayğacları quraşdırılıb, 89 binanın daxili su şəbəkəsinin yenidən qurulması üçün layihə sənədləri hazırlanıb və işlərə başlanılıb. Ümumilikdə, Xətai rayonu ərazisində 800-dən artıq çoxmənzilli yaşayış binası var və onların bu işlər aparılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR