Azərbaycanda orta məktəbdə qətl baş verib - YENİLƏNİB - VİDEO

Azərbaycanda orta məktəbdə qətl baş verib - <span style="color: red;">YENİLƏNİB  - <span style="color: red;">VİDEO
# 17 oktyabr 2013 14:31 (UTC +04:00)

Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Bölməsinin rəis müavini Qabil Əhmədov APA-ya açıqlamasında bildirib ki, qətlə yetirilən şəxs 4 saylı Peşə Məktəbinin şagirdi olub: “İlkin olaraq mərhumun hadisə baş verən məktəbin şagirdi olduğu deyilsə də, araşdırmalar zamanı bu təsdiqini tapmayıb, onun peşə məktəbinin şagirdi olduğu müəyyənləşib. Qətlin kim tərəfindən törədilməsi isə hələlik məlum deyil. Hazırda faktla bağlı araşdırmalar davam etdirilir”.

***

saat 16.38

Bakı. Hafiz Heydərov – APA. Bakıda orta məktəb şagirdi qətlə yetirilib.

Bu barədə APA-ya Nizami Rayon Polis İdarəsindən bildirilib.

Hadisə bu gün Nizami rayonunda yerləşən 10 saylı orta məktəbin həyətində baş verib. Həmin məktəbin şagirdi Famil Gülüşov naməlum şəxs tərəfindən bıçaqlanaraq qətlə yetirilib.

Hadisə yerinə Rayon Prokurorluğunun və Polis İdarəsinin əməkdaşları gəliblər. Hazırda hadisə yeri müayinə edilir. Qətlin kimin tərəfindən və hansı məqsədlə törədilməsi hələlik məlum deyil.

Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR