Azərbaycanda ictimai nəqliyyatın avtomobil sektorunda vahid ödəniş kartlarının tətbiqinə başlanılıb - FOTOSESSİYA - VİDEO

Azərbaycanda ictimai nəqliyyatın avtomobil sektorunda vahid ödəniş kartlarının tətbiqinə başlanılıb - <span style="color: red;">FOTOSESSİYA  - <span style="color: red;">VİDEO
# 13 yanvar 2014 11:36 (UTC +04:00)

Bunu «APA-Economics»ə açıqlamasında Nəqliyyat Nazirliyi Katibliyinin rəisi Namiq Həsənov bildirib: «Bu kartlar bank məhsuludur. Vətəndaşlar bu kartlara istədikləri məbləğdə pul yükləyib, ondan həmçinin ticarət və ictimai iaşə obyektlərində, hər yerdə ödəniş vasitəsi kimi istifadə edə bilərlər».

N.Həsənovun sözlərinə görə, bu kartlardan xarici ölkələrdə də ödəniş vasitəsi kimi istifadə etmək mümkündür.

Qeyd edək ki, vahid ödəniş kartlarından ilk olaraq 10 və 95 saylı avtobus marşrutlarında istifadə olunacaq. Fevral ayının sonuna kimi isə kartın tətbiqi dairəsinə 36 marşrut xətti üzrə hərəkət edən 250 avtobus daxil ediləcək.

N.Həsənov bildirib ki, kartlar Bakıda fəaliyyət göstərən 80 «Qasid» köşkündə satılır. Kartın balansını həmin köşklərdə, həm də xüsusi loqotipli satış məntəqələrində artırmaq mümkündür.

«Kartlar «MasterCard»ın bazasında «Bank of Azerbaijan» ASC tərəfindən buraxılıb. Artıq 450 min kart hazırdır, daha 1 mln. kart sifariş olunub. Bu kartların qiyməti 3 manat təşkil edir. Bu məbləğin 2 manatını sığorta depoziti təşkil edir, 1 manatı isə balansa yüklənilir», - deyə N.Həsənov əlavə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR