Azərbaycanın ABŞ-dakı səfirliyində Sovet Yəhudiləri üzrə Milli Komitənin gənclər qanadının üzvləri ilə görüş keçirilib - FOTO

Azərbaycanın ABŞ-dakı səfirliyində Sovet Yəhudiləri üzrə Milli Komitənin gənclər qanadının üzvləri ilə görüş keçirilib - <span style="color: red;">FOTO
# 10 noyabr 2013 09:19 (UTC +04:00)

Səfirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə iştirak edən Komitənin icraçı direktoru Mark Levin çıxış edərək, Azərbaycanda tolerantlıq ənənələrinin dərin tarixi köklərə malik olduğunu, ölkəmizdə yəhudi və müsəlman icmasının birgə mehriban qonşuluq şəraitində yaşadığını bildirib, Azərbaycanda heç vaxt anti-semitizm hallarının müşahidə edilmədiyini deyib.

Bu yaxınlarda Azərbaycana etdiyi səfəri xatırladan M. Levin əhalisinin əksəriyyətinin müsəlman dininə etiqad etdiyi Azərbaycanda yəhudi icmasına münasibətin nümunəvi olduğunu və ümumilikdə etnik və dini rəngarəngliyin təşviqi məsələsinin Azərbaycan rəhbərliyinin xüsusi diqqət mərkəzində olduğunu vurğulayıb. M. Levin xalqlar arasında dost münasibətlərin dövlətlərarası münasibətlərin xarakterini formalaşdırdığını əlavə edərək, Azərbaycan-İsrail ikitərəfli əlaqələrindən geniş bəhs etmiş və münasibətləri “strateji tərəfdaşlıq” kimi dəyərləndirib.

O, son vaxtlar Rusiyada etnik zəmində baş verən gərginliklərə münasibət bildirərək, neo-irqçi qrupların fəallaşması, eləcə də idman oyunlarında svastikanın nümayiş etdirildiyini diqqətə çatdırıb, əsasən Rusiyada olan Azərbaycan icmasına qarşı yönəlmiş qərəzli münasibətdən narahatlıq keçirdiklərini bildirib.

Daha sonra çıxış edən səfir Elin Süleymanov Azərbaycanda yəhudi icmasının tarixindən bəhs edərək, yəhudi icmasının xalqımızın etnik mənzərəsində öz çaları olduğunu bildirmiş və yəhudilərin ölkəmizin ictimai-siyasi həyatında fəal şəkildə təmsil olduqlarını diqqətə çatdırıb. Xalqımızın ən çətin günlərində yəhudi icması tərəfindən daim dostluq və qardaşlıq münasibəti gördüyünü bildirən səfir Vətənimizin ərazi bütövlüyünün müdafiəsi uğrunda azərbaycanlı və yəhudilərin çiyin-çiyinə mübarizə apardıqlarını əlavə edib. Bu xüsusda, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi zamanı şəhid olmuş Albert Araqunovun Azərbaycan Respublikasının Milli Qəhrəmanı adına layiq görüldüyünü deyib.

Etnik və dini rəngarəngliyin Azərbaycan dövlətinin milli sərvəti olduğunu bildirən səfir tolerantlığın təşviqinə ölkə rəhbərliyi tərəfindən daim xüsusi diqqət ayrıldığını vurğulayıb, nəticədə Azərbaycanın dinlərarası və mədəniyyətlərarası dialoq üçün nümunəvi platformaya çevrildiyini qeyd edib.

Qeyd edək ki, “Druzya” qrupunun tərkibinə keçmiş Sovet İttifaqı məkanında anadan olmuş yəhudi əsilli amerikalı gənclər daxildir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR