Azərbaycan Milli Depozit Mərkəzində qeydə alınan əqdlərin həcmi kəskin azalıb

Azərbaycan Milli Depozit Mərkəzində qeydə alınan əqdlərin həcmi kəskin azalıb
# 10 iyun 2013 11:35 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin may ayında Azərbaycan Milli Depozit Mərkəzində (MDM) qeydiyyata alınmış birja əqdlərinin sayı 415, həcmi isə 32 018 349 manat təşkil edib. Əqdlərin sayının artmasına baxmayaraq, həcmi əvvəlki aya nisbətən 2,5 dəfə azalıb, 2012-ci ilin may ayı ilə müqayisədə isə 3,1 dəfə artıb.

«APA-Economics»in MDM-ə istinadən verdiyi məlumata görə, qeydiyyata alınmış birjadankənar əqdlərin sayı 30, həcmi isə 9 480 360 manat təşkil edib. Bu da əvvəlki ayla müqayisədə 53,5 dəfə çox, ötən ilin may ayına nisbətən isə 2,8 dəfə azdır.

Hesabat ayında MDM-də həcmi 37 079 922 manat təşkil edən 30 əlavə emissiya üzrə əqd qeydiyyata alınıb ki, əqdlərin ümumi həcmi bu ilin aprel ayına nisbətən 36,2% azalaraq və ötən ilin may ayı ilə müqayisədə 2,2 dəfə artaraq 37 079 922 manata çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR