AXCP: Rüstəm İbrahimbəyovun Rusiya vətəndaşlığına son qoyulmayacağı halda, Milli Şura başqa vahid namizəd müəyyənləşdirməlidir

AXCP: Rüstəm İbrahimbəyovun Rusiya vətəndaşlığına son qoyulmayacağı halda, Milli Şura başqa vahid namizəd müəyyənləşdirməlidir
# 10 avqust 2013 11:53 (UTC +04:00)

Sessiyada seçkiyə hazırlıq və seçkidə iştirakın formaları müzakirə olunub. AXCP sədri Əli Kərimli çıxışında demokratik qüvvələrin geniş tərkibdə birləşməsini və Rüstəm İbrahimbəyovun vahid namizəd olmasını düzgün siyasət adlandırıb.

Bununla yanaşı, o, sənədlərini qaydaya sala bilmədiyi üçün R. İbrahimbəyovun seçkidən kənarda qala biləcəyi ehtimalının yarandığını diqqətə çatdırıb: “Demokratik qüvvələr İbrahimbəyovun namizədliyi üzərində son məqama qədər israr etməklə, onun özünün də iştirakı ilə yenidən vahid namizəd müəyyənləşdirməlidir. Partiya seçkidə özünün iştirakı ilə bağlı da məsələni nəzərdən keçirməlidir. Mən hesab edirəm ki, AXCP bu seçkidə öz namizədi ilə o zaman iştirak edə bilər ki, bir yerdə olduğumuz demokratik qüvvələr belə bir razılığa gəlsin”.

Daha sonra çıxışlar olub. Bəzi çıxışçılar R. İbrahimbəyov seçkidən kənarda qalacağı təqdirdə, Ə. Kərimlinin prezidentliyə namizədliyinin irəli sürülməsi təklifi ilə çıxış ediblər.

Müzakirələrdən sonra Ali Məclis tərəfindən qərarlar qəbul edilib. Qərarlarda bildirilir ki, Rüstəm İbrahimbəyov Milli Şuranın vahid namizəd olaraq sonadək dəstəklənsin, seçki kampaniyasına hazırlıq davam etdirilsin, R. İbrahimbəyovun Rusiya vətəndaşlığına son qoyulmayacağı halda, onun özünün də məqsədəuyğun saydığı təqdirdə, təklif olunsun ki, Milli Şura növbəti dəfə vahid namizəd müəyyənləşdirərək seçkilərə vahid qüvvə kimi getsin, ölkə müxalifətinin birlik modeli olaraq Milli Şuranın qorunub-saxlanması prioritet vəzifə elan olunsun, seçki kampaniyası dövründə partiyanın üzləşdiyi şəraitə uyğun olaraq qərar qəbul etmək səlahiyyəti Rəyasət Heyətinə verilsin.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR