Ukraynanın şərqində silahlı şəxslər 4 nəfəri öldürüblər - VİDEO

Ukraynanın şərqində silahlı şəxslər 4 nəfəri öldürüblər - <span style="color: red;">VİDEO
# 14 aprel 2014 09:03 (UTC +04:00)

APA-nın Ukrayna mətbuatına istinadən verdiyi məlumata görə, hadisə Slavyansk şəhərində baş verib.

Ukrayna Təhlükəsizlik Şurasının iki zabiti şəhərin girişində qurulmuş blok-postda güllələnib, mülki şəxslərin olduğu avtomobil isə küçənin ortasında gülləbaran edilib.

Şəhərdə durum gərgin olaraq qalmaqdadır, sakinlər evlərindən çıxmağa qorxurlar. Separatçılar isə xüsusi təyinatlıların əməliyyatına hazırlaşırlar.

Qeyd edək ki, ötən şənbə silahlı şəxslər Slavyanskda milis şöbəsini ələ keçiriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR