Azərbaycan və UNESCO arasında saziş imzalanıb

Azərbaycan və UNESCO arasında saziş imzalanıb
# 25 yanvar 2014 09:08 (UTC +04:00)

XİN-in mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, görüşdə Azərbaycan-UNESCO münasibətləri və gələcək əməkdaşlıq perspektivləri müzakirə edilib.

E. Məmmədyarov Azərbaycanın UNESCO ilə əməkdaşlığa xüsusi önəm verdiyini və ötən il iyulun 18-də Azərbaycanla UNESCO arasında imzalanmış əməkdaşlıq haqqında çərçivə sazişinin bu münasibətlərin daha da gücləndirilməsində mühüm rol oynadığını vurğulayıb.

İ. Bokova Azərbaycanın UNESCO-ya göstərdiyi diqqətə görə minnətdarlığını bildirərək, Bakının UNESCO-nun qlobal missiyasına dəstək verməsinin və onun işinə daha fəal cəlb olunmasının təqdirəlayiq hal olduğunu söyləyib. O, UNESCO ilə əlaqələrin inkişafında Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın müstəsna rolunu qeyd edib.

Görüş əsnasında Azərbaycan Respublikası və UNESCO arasında Gənc Peşəkar Əməkdaş Proqramının təsis edilməsi haqqında saziş imzalanıb. Saziş Azərbaycanın gənc mütəxəssislərinin UNESCO katibliyində çoxtərəfli mühitdə fəaliyyət göstərməsinə və beynəlxalq təcrübə toplamasına imkan yaradacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR