İranda azərbaycanlı siyasi məhbus azadlığa buraxılıb - FOTO

İranda azərbaycanlı siyasi məhbus azadlığa buraxılıb - <span style="color: red;">FOTO
# 27 yanvar 2014 08:49 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. İranda azərbaycanlı siyasi məhbus azadlığa buraxılıb. APA-nın HRAZ-a istinadən verdiyi məlumata görə, Fərzad Mədəzadə yanvarın 25-də 5 illik həbs cəzasını tamamladıqdan sonra Kərəc şəhərinin Rəcayişəhr həbsxanasından sərbəst buraxılıb.

Azərbaycanlı siyasi məhbus 2009-cu ilin fevralında bacısı Şəbnəm Mədədzadə ilə birlikdə həbs edilib və İran hakimiyyətinə müxalif İran Xalq Mücahidləri Təşkilatı (İXMT) ilə əlaqə saxlamaqda, ölkənin milli təhlükəsizliyinə qarşı çıxmaqda və Allaha qarşı müharibə aparmaqda günahlandırıb. Onların bir qardaşı və bacısı da İXMT-nin İraqda vaxtilə mövcud olmuş “Əşrəf” düşərgəsində öldürülüb. Tehranın Evin zindanında on həftə təkadamlıq kamerada saxlanılmış azərbaycanlı siyasi məhbuslar onlara qarşı irəli sürülmüş bütün ittihamları rədd ediblər. Ancaq Tehran məhkəməsi onları sürgündə olmaqla 5 il həbs cəzasına məhkum edib. Ş.Mədədzadə İXMT ilə heç bir əlaqəsi olmadığını, onu yalnız həmin təşkilatın üzvü olan, İraqda mühacirətdə yaşayan və sonradan öldürülən bacı-qardaşına görə tutduqlarını bildirib. Tehran Pedaqoji Universitetinin tələbəsi olan 25 yaşlı məhbus 5 illik həbs cəzasını tamamladıqdan sonra yanvarın 21-də azadlığa buraxılıb. Ş.Mədədzadə azadlığa buraxıldıqdan sonra həbsdə qaldığı müddətin 88 gününü Evin zindanının ən ağır və sərt rejimi ilə tanınan 209-cu korpusunda təkadamlıq kamerada saxlandığını, orada müxtəlif psixi və fiziki işgəncələrə məruz qoyulduğunu bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR