Ağsuda üç uşaq anası intihara cəhd edib

Ağsuda üç uşaq anası intihara cəhd edib
# 06 yanvar 2014 15:58 (UTC +04:00)

Ağsu. Elvin Yaqubov - APA. Ağsu rayonunda intihara cəhd hadisəsi qeydə alınıb.

Ağsu Mərkəzi Rayon Xəstəxanasından APA-ya verilən məlumata görə, Ağsu şəhərinin Tofiq İsmayılov küçəsi,5 ünvanında yaşayan 1981-ci il təvəllüdlü Təranə Sahib qızı Haşımova sirkə turşusu içib və ağır vəziyyətdə xəstəxanın reanimasiya şöbəsinə yerləşdirilib.

Həkimlərin səyi nəticəsində onun həyatını xilas etmək mümkün olub. Hazırda T.Haşımovanın vəziyyəti orta ağırdır. Məlumata görə, T.Haşımova ailəlidir və üç övladı var. Onun özünə qəsd etməsinin səbəbi məlum deyil.

Faktla bağlı Ağsu rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR