Gəncə şəhər sakininin üzərində narkotik aşkar edilib

Gəncə şəhər sakininin üzərində narkotik aşkar edilib
# 14 may 2014 09:47 (UTC +04:00)

Gəncə. Azər Məmmədli - APA. Gəncədə əvvəllər məhkumluq həyatı yaşayan şəxs narkotik vasitə ilə saxlanılıb. Gəncə şəhər Baş Polis İdarəsindən APA-nın qərb bürosuna verilən məlumata görə, əvvəllər məhkumluq həyatı yaşayan Gəncə şəhər sakini Mətləb İsmayıllı şübhəli şəxs kimi saxlanılıb.

Onun üzərinə baxış zamanı pencəyin cibindən şəffaf rəngli kiçik torbada çəkisi 2,09 qram narkotik vasitə olan “həşiş qətranı” aşkar edilib.

Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR