Şəkidə 73 yaşlı kişi özünü asıb

Şəkidə 73 yaşlı kişi özünü asıb
# 10 fevral 2014 06:58 (UTC +04:00)

Şəki şəhər-rayon Polis Şöbəsindən APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, hadisə Şəki şəhəri, Tolstoy küçəsi ev 47 ünvanında qeydə alınıb.

Şəki şəhər sakini, 1941-ci il təvəllüdlü Cəlilov Adil Cəlil oğlu özünü yaşadığı evin həyətyanı sahəsindəki ağacdan asaraq intihar edib.

İntihar səbəbləri məlum deyil.

Faktla bağlı Şəki Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlayıb, araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR