Lənkəranda piyada yol qəzasında ölüb - VİDEO

Lənkəranda piyada yol qəzasında ölüb - <span style="color: red;">VİDEO
# 16 fevral 2014 17:55 (UTC +04:00)

Lənkəran. Ağəddin Babayev-APA. Lənkəranda piyadanın ölümü ilə nəticələnən ağır yol-nəqliyyat qəzası baş verib.

APA-nın cənub bürosunun məlumatına görə, hadisə fevralın 16-da saat 16.30 radələrində rayonun Şıxəkəran kəndi ərazisində qeydə alınıb. Astara şəhər sakini, 1988-ci il təvəllüdlü Araz İbrahim oğlu Novruzlu idarə etdiyi “VAZ-2107” markalı avtomobillə Astara istiqamətində hərəkətdə olarkən yolu keçmək istəyən piyada, rayonun Şıxəkəran kənd sakini, 1936-cı il təvəllüdlü Məmmədağa Xudabaxış oğlu Əliyevi vurub. M.Əliyev aldığı çoxsaylı bədən xəsarətlərindən hadisə yerindəcə dünyasını dəyişib.

İlkin versiya kimi hadisənin sürücünün avtomobili yüksək sürətlə idarə etməsi səbəbindən baş verdiyi bildirilr.

Hadisəni törətmiş sürücü saxlanılıb. Faktla bağlı Lənkəran Şəhər-Rayon Polis Şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR