FHN Bakıda intihara cəhdlə bağlı məlumat yayıb

FHN Bakıda intihara cəhdlə bağlı məlumat yayıb
# 12 fevral 2014 17:51 (UTC +04:00)

APA-nın FHN-in saytına istinadən verdiyi xəbərə görə, Bakı şəhəri, Yasamal rayonunda 1 nəfər kişi intihara cəhd edib.

Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri cəlb olunub. Xilasedicilər hadisə yerində əməliyyat şəraitini qiymətləndirərkən məlum olub ki, həmin şəxs özünü tikilməkdə olan çoxmərtəbəli yaşayış binasının 12-ci mərtəbəsindən atmaq niyyətindədir.

Xilasedicilər hüquq mühafizə orqanlarının əməkdaşları ilə birlikdə vətəndaşla müvafiq söhbətlər aparıb və bu zaman yaranmış əlverişli şəraitdən istifadə edərək intihara cəhdin qarşısı alınıb. Xilasedicilər intihara cəhd edən şəxsi aidiyyəti üzrə təhvil verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR