Meksikada gecə klubuna silahlı hücum nəticəsində 4 nəfər ölüb, 5 nəfər yaralanıb

Meksikada gecə klubuna silahlı hücum nəticəsində 4 nəfər ölüb, 5 nəfər yaralanıb
# 29 dekabr 2013 00:18 (UTC +04:00)

Bakı-APA. Meksikanın şərqində naməlum cinayətkarların gecə klubuna silahlı hücumu nəticəsində 4 nəfər ölüb, 5 nəfər yaralanıb. APA-nın “İTAR-TASS”a istinadən verdiyi xəbərə görə, insident Akayukan yaşayış məntəqəsində (Verakrus ştatı) baş verib.

Silahlı şəxslər gecə klubuna soxularaq orada olan insanlara atəş açıb, sonra isə hadisə yerini tərk edib. Ordu və polis qüvvələrinin “isti izlərlə” cinayətkarların saxlanılması ilə bağlı həyata keçirdiyi əməliyyat nəticəsiz olub.

Hadisənin səbəblərinə dair hələlik heç bir versiya irəli sürülməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR