Azərbaycanın hüquq müdafiəçiləri Strasburqa səfər edəcəklər

Azərbaycanın hüquq müdafiəçiləri Strasburqa səfər edəcəklər
# 22 may 2014 10:47 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Azərbaycanlı hüquq müdafiəçiləri Strasburqa səfər edəcəklər. Bu barədə APA-ya İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri, hüquq müdafiəçisi Elçin Behbudov məlumat verib.

E. Behbudov bildirib ki, ona və müavini Elçin Şirinova Avropa Şurası tərəfindən səfərlə bağlı dəvət göndərilib: “İyun ayının 11-də Strasburqda Avropa Şurası tərəfindən insan hüquqları ilə bağlı beynəlxalq tədbir keçiriləcək. Bizi də dəvət ediblər. Səfər zamanı Avropa Şurasının İşgəncələrə Qarşı Komitəsinin rəhbərliyi ilə görüşümüz nəzərdə tutulub”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR