“Batkivşina”: Yanukoviç Gömrük İttifaqına qoşulmaq haqqında sazişi dekabrın 17-də imzalayacaq

“Batkivşina”: Yanukoviç Gömrük İttifaqına qoşulmaq haqqında sazişi dekabrın 17-də imzalayacaq
# 07 dekabr 2013 19:46 (UTC +04:00)

Bakı-APA. Ukraynanın “Batkivşina” müxalifət fraksiyasının lideri Arseniy Yatsenyuk iddia edir ki, Ukrayna prezidenti Viktor Yanukoviç dekabrın 17-də Rusiya ilə strateji tərəfdaşlıq haqqında sazişi imzalaya bilər.

“Bizim məlumatımıza əsasən, strateji tərəfdaşlıq haqqında saziş artıq hazırdır, o paraflanıb, lakin Yanukoviç onu imzalamağa cürət etməyib. Bizim məlumatımıza görə, bu barədə Arseniy Yatsenyuk bu gün Müstəqillik meydanında çıxışı zamanı deyib.

Qeyd edək ki, ötən gün Soçidə Yanukoviç və Rusiya prezidenti Vladimir Putin arasında görüş keçirilib. Görüşdə tərəflər Moskvada keçiriləcək Rusiya-Ukrayna hökumətlərarası iclasına hazırlıq prosesi müzakirə olunub. Bu gün Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov iclasın dekabrın 17-də keçiriləcəyini qeyd edib. O əlavə edib ki, görüş zamanı tərəflər Ukraynanın Gömrük İttifaqına qoşulmaq məsələsini müzakirə etməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR