Dövlət Komissiyası müsadirə olunmuş yarım tondan çox narkotik vasitəni məhv edib - FOTOSESSİYA - VİDEO

Dövlət Komissiyası müsadirə olunmuş yarım tondan çox narkotik vasitəni məhv edib - <span style="color: red;">FOTOSESSİYA  - <span style="color: red;">VİDEO
# 20 iyun 2014 07:59 (UTC +04:00)

Komissiyadan APA-ya bildirilib ki, 2014-cü ilin 5 ayında narkotiklərlə mübarizə sahəsində hüquq-mühafizə orqanları tərəfindən 1527 fakt aşkar edilib və həmin faktlar üzrə qanunsuz dövriyyədən ümumi çəkisi 473 kiloqram 160 qram müxtəlif növ narkotik vasitələr müsadirə olunub. Qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələrin 424 kiloqramı daxili işlər orqanlarının, 32 kiloqramı Milli Təhlükəsizlik Nazirliyinin, 90 kiloqramı Dövlət Gömrük Komitəsinin, 77 kiloqramı isə Dövlət Sərhəd Xidmətinin payına düşür.

Bu gün komissiya tərəfindən ümumi çəkisi 625 kiloqram 519 qram olan narkotik tərkibli vasitə yandırılaraq məhv edilib. Məhv edilən narkotik vasitələrin qara bazarda dəyəri 7 milyon manatdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR