Nursultan Nazarbayev: “Qoy, türk xalqlarının birliyi daha da möhkəm, türkdilli ölkələrin müstəqilliyi isə əbədi olsun”

Nursultan Nazarbayev: “Qoy, türk xalqlarının birliyi daha da möhkəm, türkdilli ölkələrin müstəqilliyi isə əbədi olsun”
# 16 avqust 2013 10:44 (UTC +04:00)

APA-nın məlumatına görə, bunu bu gün Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Qəbələ şəhərində keçirilən sammitindəki çıxışında Qazaxıstan prezidenti Nursultan Nazarbayev deyib.

Bu məsələdə Şuranın Katibliyinin fəaliyyətindən çox şey asılı olduğunu qeyd edən Qazaxıstan lideri bunun üçün bəzi sənədlərin təsdiqlənməsi prosesinin başa çatdırılmasının zəruriliyini də diqqətə çatdırıb.

N. Nazarbayev türkdilli ölkələr arasında iqtisadi əlaqələrin inkişafının vacibliyini də vurğulayıb: “Hazırda altı müstəqil türkdilli ölkə arasında ticarət dövriyyəsinin həcmi 1 trilyon 150 milyard dollar təşkil edir. Lakin bu rəqəm ölkələrimizin potensialını əks etdirmir. Biz iqtisadi münasibətlərimizi daha da gücləndirməli, ticarət dövriyyəsini artırmalıyıq”.

Qazaxıstan prezidenti ölkələrin iqtisadi gücünün artırılmasında prioritet hesab etdiyi sahələri də açıqlayıb: “Nəqliyyat və kommunikasiya sahəsinin inkişafı ölkələrin iqtisadiyyatının əsası gücünü təşkil etməlidir. Bundan başqa, təklif edirəm ki, turizm sahəsinin inkişafı üzrə işçi qrup yaradılsın”.

N. Nazarbayev ölkəsinin 2020-ci ilə qədər tranzit daşımaların həcmini iki dəfə, 2050-ci ilə qədər isə on dəfə artırmağı planlaşdırdığını vurğulayıb.

Çıxışında türk irsinin qorunması və davam etdirilməsinin zəruriliyini də diqqətə çatdıran N. Nazarbayev türk xalqlarının birliyinin daha da möhkəm olmasını arzulayıb: “Qoy, türk xalqlarının birliyi daha da möhkəm, türkdilli ölkələrin müstəqilliyi isə əbədi olsun”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR