“Helsinki + 40: məqsəd hər bir insana təhlükəsizlik” adlı qətnamə layihəsi ATƏT PA-nın komitələri tərəfindən qəbul olunub

“Helsinki + 40: məqsəd hər bir insana təhlükəsizlik” adlı qətnamə layihəsi ATƏT PA-nın komitələri tərəfindən qəbul olunub
# 30 iyun 2014 15:22 (UTC +04:00)

Bakı. Mübariz Aslanov - APA. ATƏT Parlament Assambleyasının (PA) Bakıda keçirilən 23-cü sessiyasında müzakirəyə çıxarılan “Helsinki + 40: məqsəd hər bir insana təhlükəsizlik” adlı qətnamə layihəsi komitələr tərəfindən qəbul olunub. APA-nın məlumatına görə, qətnamə layihəsi Demokratiya, insan haqları və humanitar məsələlər ilə Siyasi məsələlər və Təhlükəsizlik komitələrinin ayrı-ayrılıqda keçirdikləri iclaslarda müzakirə olunub.

Qətnaməyə təklif olunan çoxsaylı düzəlişlərin bir qismi qəbul olunub, bir qismi isə rədd edilib. Qəbul olunan düzəlişlərlə birlikdə qətnamədə ATƏT-ə üzv dövlətlərin sərhədlərinin toxunulmazlığının və Helsinki Yekun Aktında əksini tapan ərazi bütövlüyü prinsipinə əməl edilməsinin vacibliyi vurğulanır. Qətnamədə həmçinin kibermüharibə və terrorizm kimi təhdidlərə qarşı mübarizənin və bu cür təhlükələrin qarşısının alınmasının vacibliyi qeyd edilərək, bu istiqamətdə fəaliyyətin kibertəhlükəsizlik sahəsində Avropa Birliyinin strategiyasına uyğunlaşdırılmasının vacibliyi qeyd olunur. Bundan əlavə, qətnamədə münaqişə regionlarında geniş yayılan və hər il çoxlu sayda insanın, o cümlədən mülki vətəndaşların həlak olmasına səbəb olan silahların qanunsuz ticarətinin qarşısının alınması üçün yeni tədbirlərin görülməsinə çağırış edilir.

Yekunda qətnamə ayrılıqda səsə qoyularaq komitələrdə qəbul olunan düzəlişlərlə birlikdə təsdiqlənib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR