Avropa Şurasının Baş katibi Azərbaycan və Ermənistan arasında delimitasiya prosesini alqışlayıb

Avropa Şurasının Baş katibi Mariya Peyçinoviç-Buriç

© APA | Avropa Şurasının Baş katibi Mariya Peyçinoviç-Buriç

# 30 aprel 2024 12:43 (UTC +04:00)

Avropa Şurasının Baş katibi Mariya Peyçinoviç-Buriç Azərbaycan və Ermənistan arasında delimitasiya prosesinin irəliləməsini təqdir edib.

APA xəbər verir ki, Baş katib bu barədə "X" hesabında paylaşım edib.

"Mən Azərbaycan və Ermənistan arasında 1991-ci il Alma-Ata Bəyannaməsinə əsaslanan delimitasiya prosesi ilə bağlı bu yaxınlarda əldə edilmiş razılaşmanı alqışlayıram", - Avropa Şurasının Baş katibi bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR