Elmar Məmmədyarov Uruqvay parlament nümayəndə heyətini qəbul edib - FOTO

Elmar Məmmədyarov Uruqvay parlament nümayəndə heyətini qəbul edib - <span style="color: red;">FOTO
# 01 noyabr 2013 20:49 (UTC +04:00)

Bakı-APA. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bu gün Uruqvay parlament nümayəndə heyətini qəbul edib. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Uruqvay nümayəndə heyətinin rəhbəri Doreen Javier İbarra uğurlu prezident seçkilərinin keçirilməsi münasibətilə Azərbaycan xalqını təbrik edib və Azərbaycanla Uruqvay arasında siyasi-iqtisadi əlaqələrin inkişafı üçün parlamentlərarası dostluq qruplarının fəaliyyətinin əhəmiyyətini vurğulayıb.

Doreen Javier İbarra III Bakı Humanitar Forumunda iştirak etdiklərini və Forumun yüksək səviyyədə təşkil olunduğunu qeyd edərək, forumda müasir dövr üçün aktuallıq kəsb edən məsələlər üzrə məhsuldar müzakirələrin aparıldığını deyib. O, beynəlxalq münaqişələrin BMT Təhlükəsizlik Şurasının qətnamələri və danışıqlar yolu ilə həll edilməsinin vacibliyini qeyd edib.

Elmar Məmmədyarov isə BMT Təhlükəsizlik Şurasının qətnamələrinə hörmətlə yanaşılmasının vacibliyini vurğulayaraq, 1993-cü ildə BMT TŞ-ın Ermənistanın Azərbaycana qarşı təcavüzü ilə əlaqədar qəbul etdiyi dörd qətnamənin tələblərinə Ermənistanın tərəfindən riayət edilməməsinin münaqişənin həllinə başlıca mane yaratdığını bildirib. Azərbaycan XİN başçısı ikitərəfli əlaqələrin inkişafında parlamentlərarası əlaqələrin və parlament diplomatiyasının mühüm rola malik olduğunu qeyd edərək, Azərbaycanla Uruqvay arasında əlaqələrin inkişafı üçün əlverişli imkanların olduğunu nəzərə çatdırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR