Gürcüstanın baş naziri Bidzina İvanişvili Marneuliyə səfər edib - FOTO

Gürcüstanın baş naziri Bidzina İvanişvili Marneuliyə səfər edib - <span style="color: red;">FOTO
# 19 oktyabr 2013 13:15 (UTC +04:00)

Gürcüstan. Nizami Məmmədzadə-APA. Gürcüstanın baş naziri Bidzina İvanişvili bu gün azərbaycanlıların kompakt yaşadığı Marneuli şəhərində sakinlərlə oktyabrın 27-də Gürcüstanda keçiriləcək prezident seçkiləri ilə bağlı görüş keçirib.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, görüşdə baş nazir B. İvanişvili Gürcüstan prezidentliyinə namizəd Giorgi Marqvelaşvilini təqdim edib, onun tərcümeyi-halı barədə məlumat verib. Şəhər sakinləri qarşısında çıxış edən Bidzina İvanişvili xüsusi olaraq azərbaycanlıları salamlayıb: “Siz azərbaycanlılar ilk dəfə keçmiş hakimiyyətə etiraz etdiniz və düzgün seçiminizi etdiniz. Bunun üçün mən sizə bir daha təşəkkürümü bildirirəm. Hakimiyyətə elə adam seçin ki, o, sizin maraqlarınıza xidmət etsin, sizin arzularınızı həyata keçirsin. Həmişə etibar etdiyiniz adamı və sizə işləyən adamı seçin. Belə seçki ilk dəfə Gürcüstan tarixində baş verəcək. Belə bir insan bu gün sizinlə görüşə gələn Gürcüstan prezidentliyinə namizəd Georgi Marqvelaşvilidir. O, sizin gələcəyiniz üçün çalışacaq”.

Sonra tədbirdə Gürcüstan prezidentliyinə namizəd G. Marqvelaşvili çıxış edib. O, çıxışında seçkilərə bir neçə gün qaldığını və seçklilərdə qalib gələcəklərini bildirib: “Biz sizinlə birlikdə Avropa ölkəsi tikəcəyik. Burada hər bir adam iqtisadi və hüquqi cəhətdən müdafiə olunacaq. Biz bu dövləti sizinlə birlikdə quracağıq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR