BDU-da “Oklahoma Fancy Dancers" qrupunun iştirakı ilə tədbir keçirilib

BDU-da “Oklahoma Fancy Dancers" qrupunun iştirakı ilə tədbir keçirilib
# 13 mart 2015 13:17 (UTC +04:00)

Bakı - APA. Bu gün Bakı Dövlət Universitetinin (BDU) böyük akt zalında aborigen amerikalıların - hinduların rəqs ənənələrini nümayiş etdirən “Oklahoma Fancy Dancers" qrupunun iştirakı ilə tədbir keçirilib.

BDU Mətbuat və informasiya şöbəsindən APA-ya verilən məlumata görə, tədbiri giriş sözü ilə ABŞ-ın Azərbaycandakı səfirliyinin təhsil və mədəniyyət attaşesi Kelli Cullum açıb.

O vurğulayıb ki, bu tədbir azərbaycanlıların Amerikanı daha yaxından tanımasına imkan yaradacaq. Məşhur Amerika hinduları rəqs truppası olan “Oklahoma Fancy Dancers" üz musiqisi, hekayələri və ritual rəqsləri ilə auditoriyada xoş təəssürat yaradıb.

Qeyd edək ki, bu tədbir Azərbaycanda keçirilən “Amerika günləri” festivalı çərçivəsində baş tutub. ABŞ-ın Corctaun Universitetinin professoru və keşişi, “Sərhədsiz Din xadimləri” beynəlxalq təşkilatının prezidenti, imam Yahya Hendinin bur neçə gün əvvəl BDU-nun Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsində Amerikada din, İslamda qadına münasibət mövzusunda çıxışı da “Amerika günləri” festivalı çərçivəsində baş tutub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR