Novruz Məmmədov: "Erməni diasporu hər vasitə ilə beynəlxalq aləmdə Azərbaycanın imicinə zərbə vurmağa çalışır"

Novruz Məmmədov: "Erməni diasporu hər vasitə ilə beynəlxalq aləmdə Azərbaycanın imicinə zərbə vurmağa çalışır"
# 21 noyabr 2014 08:31 (UTC +04:00)

Bakı. Anaxanım Hidayətova - APA. Azərbaycan Prezident Administrasiyası rəhbərinin müavini, xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov Qərb və Avropanın erməni diasporunun təbliğatının təsiri altında olduğunu bildirib.

APA-nın xəbərinə görə Novruz Məmmədov öz “Tvitter” mikrobloqunda bildirib ki, Erməni diasporu hər vasitə ilə beynəlxalq aləmdə Azərbaycanın imicinə zərbə vurmaq üçün çalışır: “Erməni diasporu hər vasitə ilə beynəlxalq aləmdə Azərbaycanın imicinə zərbə vurmağa çalışır. Qərbdə və Avropada isə bəziləri asanlıqla onların təsiri altına düşərək mövqe bildirirlər. Təəssüf ki, həmsədrlərin mövqelərində də bu özünü vaxtaşırı büruzə verir. Helikopterlə bağlı bəyanatları buna açıq nümunədir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR