Azərbaycan prezidenti Əmək Məcəlləsinə dəyişikliklə bağlı sərəncam imzalayıb

Azərbaycan prezidenti Əmək Məcəlləsinə dəyişikliklə bağlı sərəncam imzalayıb
# 03 iyun 2015 17:04 (UTC +04:00)

Bakı – APA. Azərbaycan prezidenti İlham Əliyev “Əmək Məcəlləsində dəyişiklik edilməsi barədə” 2015-ci il 28 aprel tarixli qanunun tətbiqi haqqında sərəncam imzalayıb.

APA-nın məlumatına görə, Nazirlər Kabinetinə Azərbaycan qanunlarının və prezidentin aktlarının “Əmək Məcəlləsində dəyişiklik edilməsi barədə” qanuna uyğunlaşdırılması ilə bağlı təkliflərini 3 ay müddətində hazırlamaq, Nazirlər Kabinetinin normativ hüquqi aktlarının qanuna uyğunlaşdırılmasını 3 ay müddətində təmin etmək, habelə mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlamaq və bunun icrası barədə 5 ay müddətində prezidentə məlumat vermək tapşırılıb.

Ədliyyə Nazirliyi isə mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişiklik edilməsi barədə” qanuna uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat verməlidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR