Xəzər dənizində tapılan kişi meyitinin şəxsiyyəti müəyyənləşib - YENİLƏNİB

Xəzər dənizində tapılan kişi meyitinin şəxsiyyəti müəyyənləşib - <span style="color: red;">YENİLƏNİB
# 05 fevral 2013 16:46 (UTC +04:00)

Xətai Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, həmin şəxs Bakı şəhər sakini, 2012-ci ilin dekabrın 18-də itkin düşən 1980-ci il təvəllüdlü Seymur Səmədovdur.

Qeyd edək ki, S. Səmədov itkin düşənə Azərbaycan Sənaye Bankının ”Mətbuat" filialında çalışıb.

* * *

Xəzər dənizindən kişi meyiti tapılıb. APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Dövlət Sularda Xilasetmə Xidmətinə Bakı şəhəri, Xətai rayonu ərazisində dənizdə 1 nəfərin cəsədi olması barədə məlumat daxil olub.

Dərhal Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri axtarış-xilasetmə işlərinin aparılması üçün hadisə yerinə cəlb olunub. Görülən tədbirlər nəticəsində 1 nəfər naməlum kişi cəsədi suda aşkarlanaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR