DİN Bakıda baş vermiş yanğın hadisəsi ilə bağlı məlumat yayıb

DİN Bakıda baş vermiş yanğın hadisəsi ilə bağlı məlumat yayıb
# 03 noyabr 2015 11:53 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Daxili İşlər Nazirliyi (DİN) Bakıda baş vermiş yanğın hadisəsi ilə bağlı məlumat yayıb.

APA-nın DİN-in saytına istinadən verdiyi məlumata görə, noyabrın 2-də saat 05 radələrində Sabunçu rayonunun Bakıxanov qəsəbəsində yerləşən fərdi avtodayanacaqdakı gözətçi köşkündə yanğın baş verib. Yanğın söndürüldükdən sonra orada gözətçi işləmiş qəsəbə sakini İlqar Əliyevin yanmış meyiti tapılıb.

Yanğının elektrik naqillərinin qısa qapanmasından baş verməsi ehtimal olunur.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR