APA-nın İTAR-TASS agentliyinə istinadən verdiyi xəbərə görə, qəzada ölmüş 40 nəfərin meyiti iki hərbi-nəqliyyat təyyarəsi ilə Niderlanda gətirilib.
Eyndxoven şəhərinin hava limanında onları ölkənin kralı Villem-Aleksander, baş nazir Mark Rütte və ölənlərin mindən çox yaxınları qarşılayıb.
Meyitlər ekspertiza üçün Xilversum şəhərindəki hərbi bazaya aparılıb.
Son dəfə Niderlandda milli matəm günü 1962-cı ildə kraliça Vilqelminanın vəfat etməsi ilə əlaqədar elan olunub.