Gürcüstan Avropa İnsan Haqları Məhkəməsində Saakaşviliyə qalib gəlib

Gürcüstanın sabiq Prezidenti Mixeil Saakaşvili

© APA | Gürcüstanın sabiq Prezidenti Mixeil Saakaşvili

# 23 may 2024 12:56 (UTC +04:00)

Avropa İnsan Haqları Məhkəməsində “Saakaşvili Gürcüstana qarşı” işi üzrə Gürcüstan qalib gəlib.

APA-nın Tbilisi müxbiri xəbər verir ki, bu barədə Gürcüstanın ədliyyə naziri Rati Breqadze “Facebook”da məlumat paylaşıb.

O, əlavə məlumatın tezliklə ictimaiyyətlə paylaşılacağını qeyd edib.

“Strasburq məhkəməsində “Saakaşvili-Gürcüstana qarşı” işi dövlətimizin tam qələbəsi ilə başa çatıb! Təfərrüatlar barədə tezliklə ictimaiyyətə məlumat verəcəyik”, - Breqadze bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR