Ermənistanda əsgər anaları növbəti etiraz aksiyası keçiriblər - FOTOSESSİYA - VİDEO

Ermənistanda əsgər anaları növbəti etiraz aksiyası keçiriblər - <span style="color: red;">FOTOSESSİYA  - <span style="color: red;">VİDEO
# 09 aprel 2015 12:38 (UTC +04:00)

Bakı. Ağa Cəfərli - APA. Ermənistanın qeyri-döyüş şəraitində həlak olmuş hərbi qulluqçularının valideynləri İrəvanda növbəti etiraz aksiyası keçiriblər.

APA-nın "eprees.am" saytına istinadən verdiyi məlumata görə, əsgər anaları əvvəlcə Prezident Administrasiyasının qarşısına toplaşıb, sonra isə Milli Məclisin qarşısında gəliblər.

Onlar hərbi qulluqçuların ölümü ilə bağlı cinayət işlərinin açılmamasından narahatlıqlarını ifadə ediblər.

Bildiriblər ki, baş prokuror Qevorq Kostanyananın Milli Məclisdəki illik məruzəsini gözləyirlər.

“Əsgər anaları bilmək istəyirlər ki, baş prokuror cinayət işlərinin açılmamasını necə izah edəcək, deputatlar orduda baş verən cinayətlərlə bağlı məsələ qaldıracaqlarmı?” - deyə "eprees.am" yazır.

Valideynləri dinləyən deputat Samvel Farmanyan qeyd edib ki, oğullarını itirmiş valideynlərə təsəlli verə bilməz: “Bu ağrını mən də yaşamışam. Mənim əmim oğlu da orduda həlak olub. Sadəcə, söz verə bilərəm ki, baş prokurorun məruzəsi zamanı bu problemi qaldıracam".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR