Şəmkir sakinini ilan sancıb

Şəmkir sakinini ilan sancıb
# 26 iyun 2016 21:55 (UTC +04:00)

Şəmkir. Azər Məmmədli – APA. Şəmkir rayon sakinini ilan sancıb.


APA-nın qərb bürosunun veridyi məlumata görə, rayonun Seyfəli kənd sakini, 1995-ci il təvəllüdlü Pərvin Əliyev ilan dişləməsi xəsarəti ilə Şəmkir Mərkəzi rayon xəstəxanasına yerləşdirilib. Ona dərhal tibbi yardım göstərilib.


Vəziyyətinin orta ağır olduğu bildirilir.Məlumata görə, P. Əliyev həyətyanı sahəsində işləyən zaman ilan onun əlindən sancıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR