Erməni deputat: "Ermənistan Rusiyanın dağıntıları altında qalmamalıdır"

Erməni deputat: "Ermənistan Rusiyanın dağıntıları altında qalmamalıdır"
# 17 dekabr 2014 15:27 (UTC +04:00)

Bakı. Zümrüd Paşayeva – APA. “Ermənistan Rusiyanın dağıntıları altında qalmamalıdır”.

APA-nın “news.am” saytına istinadən verdiyi xəbərə görə, bunu “İrs” partiyasının deputatı Zaruhi Postancyan Ermənistan parlamentinin xüsusi sessiyasında çıxışı zamanı bəyan edib.

“Rusiya çökür, onun qalıqları altında qalmaq Ermənistanın maraqlarına uyğun deyil”, - deyə o bildirib.

Deputatın sözlərinə görə, Ermənistan hökuməti hazırkı siyasi xətti davam etdirsə, bu dağıntının altında qalacaq: ”Bu üzdən də Ermənistan Rusiyanın rəhbərlik etdiyi Gömrük İttifaqından imtina etməlidir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR