ABŞ-da 2 jurnalisti güllələyən şəxs xəstəxanada ölüb

ABŞ-da 2 jurnalisti güllələyən şəxs xəstəxanada ölüb
# 26 avqust 2015 21:08 (UTC +04:00)

Bakı-APA. ABŞ-ın Virciniya ştatında canlı yayım zamanı iki jurnalisti güllələyən WDBJ telekanalının keçmiş əməkdaşı Vester Flenaqan xəstəxanada vəfat edib.

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bunu Virciniya ştatı administrasiyanın nümayəndəsi Brayan Moran bəyan edib.

Onun sözlərinə görə, V.Flenaqan yerli vaxtla saat 13:26-da vəfat edib.

İnsidenti şərh edən Ağ Evin mətbuat katibi Coş Ernest deyib ki, odlu silahdan istifadə ilə cinayətlər ABŞ-da adi hal alıb. O həmçinin, Konqresdə bu kimi cinayətlərin qarşını almaq üçün qanun layihələrinin olmadığını vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR