«AXA MBASK» şirkəti avtomobil sahibləri üçün yeni sığorta paketi təklif edir

«AXA MBASK» şirkəti avtomobil sahibləri üçün yeni sığorta paketi təklif edir
# 09 aprel 2013 07:39 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən «AXA MBASK» sığorta şirkəti avtomobil sahiblərinin mülki məsuliyyətinin icbari sığortası sahəsində müştərilərinə «+5» adlı unikal sığorta paketi təklif edir. Şirkətdən «APA-Economics»ə verilən məlumata görə, «+5» sığorta paketi sığorta ödənişinin verilməsi üçün tələb olunan sənədlərin toplanması və hadisədən sonra alternativ nəqliyyatından istifadəsi ilə bağlı çəkilən xərclərin ödənilməsi kimi xidmətləri əhatə edir.

Bundan əlavə, «+5» standart nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasının təminatını da 500 manat artırır. «+5» paketinin qiyməti 5 manatdır. Paketin əldə edilməsinin yeganə şərti «AXA MBASK» şirkətinin nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta şəhadətnaməsi olmasıdır. «+5» məhsulunu əldə etmək üçün Bakıda və regionlarda şirkətin yerli sığorta agentliyinə müraciət etmək kifayətdir. Ətraflı məlumat almaq üçün (012) 950 nömrəsinə zəng etmək olar.

Hazırda «AXA MBASK»ın ölkə ərazisində 80-ə yaxın agentliyi fəaliyyət göstərir ki, bu da sığorta xidmətlərinin tam əhatə olunmasını və potensial istehlakçılar üçün əlverişliliyini təmin edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR