Ermənistanda məhkəmə iş adamı Qaqik Tsarukyana məxsus "Ararat" İrəvan konyak-şərab-araq kombinatının dövlətə verilməsi barədə qərar qəbul edib.
“Newsarmenia” xəbər verir ki, bu barədə Ermənistan Baş Prokurorluğu məlumat yayıb.
Məlumata görə, məhkəmə Baş Prokurorluğun iddiasını təmin edərək müəssisənin səhmlərinin İqtisadiyyat Nazirliyi vasitəsilə dövlətin mülkiyyətinə verilməsi barədə qərar çıxarıb.
Baş Prokurorluq bildirib ki, zavod "qanunsuz əldə edilmiş əmlakın müsadirəsi" işi çərçivəsində dövlətin nəzarətinə keçirilib.