Bakı. Musa Əhmədov - APA-Economics. Azərbaycan Mərkəzi Bankı (AMB) manatın bu günə olan rəsmi məzənnəsini açıqlayıb.
AMB-dən "APA-Economics"ə verilən məlumata görə, ABŞ-ın milli valyutası olan dolların məzənnəsi sentyabr ayının 8-i ilə müqayisədə dəyişməyərək 1,6403 manat olub.
Avro manata nisbətən bahalaşıb. Avrozonanın vahid valyutası 0,24% möhkəmlənərək 1,8498 manat olub.
Əsas ticarət tərəfdaşlarımızdan biri olan Rusiyanın milli valyutası ötən gün olduğu kimi 0,0256 manat səviyyəsində qalıb.
Türkiyə lirəsinin məzənnəsi 0,84% azalaraq 0,5542 manat təşkil edib.
Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 2,1858 manatdır. Beləliklə, funt sterlinq 0,17%-lik ucuzlaşma nümayiş etdirib.
Gürcüstan larisinin məzənnəsi 0,21% azalaraq 0,7101 manat təşkil edib.